Sen 27, 2024 14:01 Asia/Baku
  • Nyu-York görüşü nəticəsiz olub

Cümə axşamı Nyu-Yorkda ABŞ dövlət katibinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü nəticəsiz başa çatıb.

Rəsmi Bakı və İrəvanın bu barədə yaydıqları məlumatlar eləcə də görüşün yekun bəyanatının olmaması görüşün nəticəsiz olduğu barədə qənaət formalaşdırır.

Azərbaycan və Ermənistan XİN-i biri-birinə bənzər qısa bəyanat yayaraq bildiriblər ki, Tərəflər mümkün qısa müddət ərzində Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər.

ABŞ Dövlət Departamenti öz növbəsində cümə axşamı bildirib ki, dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirlərini razılığın əldə olunması istiqamətində daha da irəliləyiş əldə etməyə çağırıb.

Teqlər