Mart 24, 2023 22:01 Asia/Baku
  • Diyrəzzurda müqavimətin mövqelərinə qarşı hücum haqda qeyri-rəsmi məlumatlar yayılıb

Suriyadakı yerli mənbələr deyirlər ki, naməlum qırıcılar bu ölkənin şərqindəki iki məkana hücum ediblər. İlkin məlumatlar beş nəfərin yaralanmasından söz açır.

SəhərAzəri-nin məlumatına əsasən, Yerli mənbələr bu günün səhər saatlarında Suriyanın şərqində yerləşən Diyrəzzur bölgəsində güclü partlayış səslərinin eşidildiyini bildiriblər.

Yerli və qeyri-rəsmi medialar deyirlər ki, naməlum qırıcılar Diyrəzzurun şərqində yerləşən/ müqavimət qruplarına məxsus/ hərbi təsisatlara hücum ediblər.

Hələlik Suriyanın rəsmi mediaları tərəfindən təsdiq edilməmiş məlumatlara əsasən, sözügedən hücumda bir sursat anbarı və bir hərbi baza hədəfə alınıb.

Deyilənlərə görə, təcili yardım maşınları və yardım avtomobilləri hadisə yerinə göndərilib.

Bəzi qaynaqlar hücumçu qırıcıların sionist rejimə, digər mənbələr isə Amerikaya aid olduğunu bildirirlər.

Çərşənbə gününün səhər saatlarında da sionist rejim qırıcıları Hələb beynəlxalq hava limanına hücum etdilər ki, Suriya ordusunun hava hücumundan müdafiə sistemi düşmən raketlərlə mübarizəyə qalxdı.

 

Teqlər