May 20, 2017 19:04 Asia/Baku
  • Azərbaycan R. prezidenti H.Ruhanini təbrik edib

Azərbaycan Respublikasının prezidenti bir müraciətdə Həsən Ruhanini yenidən İran prezidenti seçilməsi münasibətilə təbrik edib.

İlham Əliyev bu gün Həsən Ruhaniyə ünvanladığı təbrik müraciətində yazıb: Qazandığınız qələbə xalqın Sizə olan inam və etimadının göstəricisidir. 

Bu müraciətdə sonra deyilir ki, Azərbaycan Respublikası İran İslam Respublikası ilə münasibətlərə böyük əhəmiyyət verir və strateji əməkdaşlıq səviyyəsinə yüksəlmiş qarşılıqlı münasibətlərin mövcud vəziyyəti məmnunluq doğurur.

Azərbaycan Respublikasının prezidenti vurğulayıb ki, xüsusən son illərdəki qarşılıqlı əlaqələr diqqətəlayiq inkişafa malik olub və bu həmkarlıqlar gələcəkdə daha artıq izlənəcəkdir.

Əliyev həmçinin ümidvarlıq edib ki, müştərək mənəvi dəyərlərə malik olan iki ölkə xalqlarının maraqlarına uyuğun olaraq, Bakı-Tehran əlaqələri daha da güclənəcək, həmçinin iki ölkənin səyləri gələcəkdə də iki və çoxtərəfli həmkarlıqların inkişafı istiqamətində genişlənəcəkdir.

Teqlər