Sen 19, 2017 18:12 Asia/Baku
  • Ermənistan Türkiyə və Azərbaycanın birgə təlimlərindən narahatdır
    Ermənistan Türkiyə və Azərbaycanın birgə təlimlərindən narahatdır

Ermənistan parlamentinin deputatı Türkiyə və Azərbayanın birgə hərbi təlimlərində məqsədi iki ölkənin Ermənistan əleyhinə ehtimal olunan əməliyyatında əməkdaşlıq etməsi adlandırıb.

Mihran Hakupyan deyib: Azərbaycanın Ermənistan əleyhinə hərbi əməliyyatı başlandığı halda, şübhəsiz Türkiyə Rusiya və Ermənistanın müttəfiqliyinə görə, Ermənistana hücum edə bilməyəcək. Bununla belə Ankara Bakıya öz hərbi köməklərini gizlicə davam etdirəcək.

TurAz Qartalı 2017 hərbi hava təlimləri 18 sentyabrda başlanıb və bu ayın sonuna qədər davam edəcək.

Ermənistanın siyasi eksperti Rovand Bozoyan da Türkiyə və Azərbaycanın birgə hərbi hava təlimlərini İrəvanla qarşılaşmaq üçün Bakının hazırlığı adlandırıb.

Teqlər