Sen 27, 2020 14:25 Asia/Baku
  • İlham Əliyev: “Mən bu yaxınlarda BMT kürsüsündən demişdim ki, Ermənistan yeni müharibəyə hazırlaşır”

“Mən iyul təxribatlarından sonra demişdim ki, Ermənistanın bu acı məğlubiyyəti onlar üçün dərs olmalıdır ”.

SəhərAzəri xəbər verir, bunu bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqına müraciətində bildirib.

Azərbaycan  Dövlət başçısı deyib ki, avqust ayında Ermənistan növbəti hərbi təxribata əl atdı: “Bu dəfə Azərbaycana diversiya qrupu göndərmişdi. Diversiya qrupunun başçısı Azərbaycan hərbçiləri təRəfindən saxlanılmışdı və hazırda ifadələr verir. Bu ifadələrdə açıq-aydın göstərilir ki, bu planlaşdırılmış, təxribatçı diversiya qrupu Azərbaycana, mülki əhaliyə və hərbçilərimİzə qarşı terror aktları törətmək üçün gəlmişdi. Növbəti hərbi təxribat bu gün Ermənistan tərəfindən törədildi. Qeyd etdiyim kimi, onlar bu dəfə də öz cəzasını alıb və alacaqlar”.

 

Teqlər