Qərbi Asia
-
Fələstinli qaçqınlar evlərinə qayıdır.
Yan 27, 2025 12:53Sionist rejimi bir günlük atəşkəsi pozduqdan sonra, bu gün səhər saat 7-dən etibarən Qəzzanın şimalına qaçqınların qayıtmasına icazə verəcəyini elan edib.
-
Livanda atəşkəs uzadıldı.
Yan 27, 2025 12:35Livan baş nazirinin ofisi bəyanatında atəşkəsin 18 fevrala (30 Bəhmən) qədər uzadıldığını açıqlayıb.
-
Tunislilərin stadionunda Şəhid Sinvarın şəkli qaldırıldı.
Yan 27, 2025 12:03"Müqavimət komandiri qalib gəldi" - bu, Tunis Afrikası klubunun minlərlə azarkeşinin öz ev stadionunda şəhid Yəhya Sinvarın şəklini qaldıraraq səsləndirdiyi şüardır. Əl-Cəzirə xəbər verir ki, bu azarkeşlər Həmas komandirinin şəhid olduğu zaman şəklini qaldıraraq müqavimət simvoluna çevriliblər.
-
İsrail ordusu Qəzzanın Netsarim bölgəsindən geri çəkilir.
Yan 27, 2025 11:43Bu gün səhər sionist rejim ordusu Qəzza zolağının şimalı və cənubunu ayıran Netsarim bölgəsindən geri çəkilməyə başlayıb və bu səbəbdən Qəzzanın şimalında məcburi köçkün olan insanlar yaşayış yerlərinə qayıtmaq imkanı əldə ediblər.
-
Homsda dəhşət dolu 72 saat
Yan 26, 2025 14:15Qolaninin komandanlığı altında olan terrorçular onlarla insanı edam ediblər.
-
Livanlılar sionist işğalçılarından qorxmadan evlərinə qayıtdılar
Yan 26, 2025 14:13Yüzlərlə Livanlı vətəndaş ölkənin cənubundakı kəndlərin və yaşayış məntəqələrinin girişində toplaşaraq, sionist rejim üçün 60 günlük ultimatumun bitməsindən sonra evlərinə qayıdıblar.
-
Azad olunmuş fələstinli əsirlər Qahirəyə daxil olublar
Yan 26, 2025 13:08Fələstin İslami Müqavimət Hərəkatı- Həmas, bildiribdir ki, İsrail rejimi ilə razılaşma çərçivəsində azad olunmuş fələstinli əsirlər bu gün səhər Misirin paytaxtı Qahirəyə daxil olublar. Onları Həmas başçıları və ailələri qarşılayıblar.
-
İsrailli məhbusların Qəzzaya təhvil verilməsi görüntüləri sionistlərin qəzəbinə tuş gəlib.
Yan 25, 2025 17:52Qəzzada əsir götürülmüş 4 İsrail əsgərinin hərbi forma geyinmiş və gülümsəyərək təhvil verilməsi səhnələri sionistlərin geniş qəzəbinə səbəb olub. İbrani dilli media xəbər verir ki, Qəssam Briqadaları döyüşçüləri İsrail ordusunun elit "Tafur" silahını israilli qadın məhbuslarla yanaşı, gülüb əl yelləyərək aparırlar. Bu, ordu üçün böyük bir rüsvayçılıqdır.
-
399 humanitar yardım yük maşınının Qəzzaya girişi baş tutub.
Yan 25, 2025 17:34BMT xəbər verib ki, humanitar yardım daşıyan yük maşınlarının Qəzzaya girişi davam edərkən, daha 399 yük maşını bu əraziyə daxil olub.
-
Netanyahunun məhkəmədən yayınması üçün yeni bəhanəsi.
Yan 25, 2025 16:30Sionist rejimin baş naziri Qüds Mərkəzi Məhkəməsindən xahiş edib ki, sağlamlıq vəziyyətinə görə həftədə 3 gün əvəzinə, növbəti həftədə yalnız bir dəfə məhkəmədə cinayət əməllərinə görə şahidlik etsin. Netanyahunun vəkili bu tələbi belə əsaslandırıb: "Netanyahu ötən günlərdə müayinə olunub və həkimlər prostat əməliyyatından sonra istirahətlərinin uzunmüddətli olmalı olduğunu bildiriblər".