-
Rəfəhdə qanlı səhər – aclıq içində olan fələstinlilər soyqırıma məruz qaldı
İyun 01, 2025 09:05Bu səhər sionistlər Rəfəhdə humanitar yardım almaq üçün toplaşan fələstinlilərə hücum edərək onlarla insanı qətlə yetirdilər. İlkin məlumatlara görə, təxminən 30 nəfər şəhid olub, 150-dən çox insan yaralanıb.
-
Fələstinin Azadlığı Uğrunda Xalq Cəbhəsi: Qəzzədə soyqırım ABŞ-ın iştirakı ilə aparılır
İyun 01, 2025 09:05Fələstinin Azadlığı Uğrunda Xalq Cəbhəsi yaydığı bəyanatda, humanitar yardım gözləyən fələstinlilərin qətliamına münasibət bildirərək vurğulayıb ki, Qəzzədə baş verən soyqırım beynəlxalq tərəflərin və xüsusilə ABŞ-ın iştirakı ilə həyata keçirilir.
-
Hamas: Tel-Əviv Qəzzədə müharibənin bitməsinə zəmanət vermək istəmir
İyun 01, 2025 09:04Hamasın yüksək səviyyəli üzvü Basim Nəim bildirib ki, sionist rejim müharibəni dayandırmaq və Qəzzədən geri çəkilmək üçün zəmanət vermək istəmir və onların reaksiyası Qəzzə xalqının əsas ehtiyaclarını ödəməkdə acizdir.
-
Netanyahunu müharibəni dayandırmağa məcbur et!
İyun 01, 2025 09:03İsrail rejiminin baş naziri Benyamin Netanyahu və onun radikal kabineti müharibənin davam etdirilməsində israrlıdır. Bu vəziyyətdə Qəzzada əsir düşmüş israilli ailələrin etirazları genişlənməkdədir. Əsirlərdən birinin atası ABŞ prezidentinə müraciət edərək, Netanyahunun müharibəni dayandırmasına təsir göstərməyi və oğlunun evə qayıtmasına şərait yaratmağı tələb edib.
-
Rusiyada körpü uçub, 7 nəfər ölüb, 69 nəfər yaralanıb
İyun 01, 2025 09:02Rusiyanın Bryansk vilayətində qatar keçərkən körpünün uçması nəticəsində 7 nəfər ölüb, 69 nəfər yaralanıb – bu barədə Rusiya mediası məlumat verib. Hadisə nəticəsində qatar relsdən çıxıb. Bryansk vilayətinin qubernatoru bildirib ki, ölənlərin sayı 7 nəfərdir, yaralanan 69 nəfərin arasında 3 uşaq da var.
-
Qəzzədə daha 60 fələstinli şəhid olub
May 31, 2025 17:54Fələstin mediasının məlumatına görə, sionist rejimin son 24 saat ərzində Qəzzə zolağına davam edən hava hücumları nəticəsində 60 fələstinli şəhid olub, 284 nəfər isə yaralanıb.
-
İraqçi: İran nüvə silahlarını rədd etməkdə həmişə bayraqdar olub
May 31, 2025 17:53İranın xarici işlər naziri deyib: "Nevə enerjisi İran xalqının ayrılmaz hüququdur. Biz nüvə silahlarını rədd etməkdə həmişə bayraqdar olmuşuq".
-
İran qırmızı xətt çəkdi; Zəngəzur dəhlizinə və Qafqazda geosiyasi dəyişikliyə yox dedi
May 31, 2025 17:52İran İslam Respublikası bir daha Zəngəzur bölgəsində geosiyasi dəyişikliyə səbəb ola biləcək istənilən plan və addıma qəti şəkildə qarşı olduğunu bildirib.
-
Sionist rejim Suriyaya hava zərbələri endirib
May 31, 2025 11:10Suriya mediası sionist rejimin bu ölkənin qərbindəki Laziqiyyəyə endirdiyi hava zərbələri nəticəsində bir mülki şəxsin həlak olduğunu, üç nəfərin isə yaralandığını bildiriblər.
-
Makron: Avropa İsrailə qarşı kollektiv mövqeyini sərtləşdirməlidir
May 31, 2025 09:48Fransa prezidenti Emmanuel Makron bildirib ki, Qəzzədə vəziyyət yaxşılaşmayınca Avropa dövlətləri “İsrailə” qarşı “kollektiv mövqeyi" sərtləşdirməlidir.