Dek 25, 2020 13:18 Asia/Baku
  • Azərbaycan Respublikası və Gürcüstanın parlamentlərarası əməkdaşlığının dərinləşdirilməsi müzakirə edilib

Gürcüstan parlamentinin sədri Arçil Talakvadze Azərbaycan Respublikasının bu ölkədəki səfiri Faiq Quliyevlə görüşüb.

SəhərAzəri xəbər verir, Gürcüstan parlamentin mətbuat xidməti bu barədə bildirib ki, görüş zamanı iki ölkə arasındakı tarixi dostluq və tərəfdaşlıq əlaqələri müzakirə olunub, parlamentlərarası əməkdaşlığın dərinləşdirilməsinə diqqət yetirilib. Görüş zamanı parlamentlərarası dostluq qrupları arasında sıx əlaqələrin vacibliyi vurğulanıb.

Tərəflər bölgədəki sülhün və təhlükəsizliyin vacibliyini qeyd ediblər.

Söhbət zamanı qlobal pandemiyanın yaratdığı çətinliklər müzakirə edilib və pandemiyanın bitməsindən sonra ticarət əlaqələrinin və turizm sektorunun sürətli şəkildə bərpasının hər iki ölkə üçün prioritet olduğu qeyd edilib.

Gürcüstan Parlamentinin sədri səfirə fəaliyyətində uğurlar arzu edib və əməkdaşlığa hazır olduğunu bildirib.

Teqlər