İrandan Azərbaycana növbəti dəstək
Tehran Azərbaycanın D-8-ə qoşulmaq istəyini alqışlayır
İyul 28, 2022 11:03 Asia/Baku
İran İslam Respublikası Azərbaycanın D-8-ə üzv olmaq üçün müraciətini dəstəkləyib.
SəhərAzəri-nin məlumatına əsasən, İran Azərbaycan Respublikasının İslam ölkələrindən ibarət D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olmaq üçün müraciətini dəstəkləyib.
D-8-in Nazirlər Şurasının Banqladeşdə keçirilən 20-ci iclasında videoformatda çıxış edən İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan bu müraciətə dəstəyini ifadə edib.
“D-8-in genişlənməsi və yeni üzvlərin cəlb olunması təşkilatın məqsədlərini reallaşdırması üçün alət ola bilər. Dost və qonşu Azərbaycan Respublikasının D-8-ə qoşulmaq hazırlığını və istəyini alqışlayırıq”, - deyə o vurğulayəb.