Apr 28, 2021 18:03 Asia/Baku
  • Az. R. Baş Prokurorluğunda Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin üzvləri ilə görüş keçirilib

Aprelin 28-də Az. R. Baş prokurorun birinci müavini Elçin Məmmədov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbərinin müavini xanım Beata Skvarska-Zonhenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

SəhərAzəri xəbər verir ki, Az. R Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Elçin Məmmədov BQXK ilə Azərbaycan Respublikası arasında uğurla inkişaf edən qarşılıqlı əlaqələr barədə söhbət açıb. Söhbətdə Qarabağ müharibəsi barədə məlumat verilib.

Otuz ilə yaxın dövrdə Azərbaycanın Ermənistan tərəfindən işğal altında saxlanılan beynəlxalq səviyyədə tanınmış ərazilərinin Azərbaycan Respublikasının Prezidenti, İlham Əliyevin rəhbərliyi ilə azad edildiyi, Az. R-da beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq ərazi bütövlüyünü bərpa edildiyi vurğulanıb.

Teqlər