Pakistanda terrorçular 11 şaxtaçını əsir götürərək güllələyiblər
Yan 04, 2021 10:39 Asia/Baku
Pakistanın Bəlucistan əyalətində terrorçular işə gedən 11 şaxtaçını əsir götürüb yaxınlıqdakı dağa apararaq güllələyiblər.
SəhərAzəri Pakistan xəbər agentliklərinə istinadən xəbər verir, Pakistanın Bəlucistan əyalətində terrorçular işə gedən 11 şaxtaçını əsir götürüb yaxınlıqdakı dağa apararaq güllələyiblər. 6 nəfər yerindəcə, 5-i isə xəstəxanaya aparılarkən ölüb. Bildirilir ki, güllələnən şaxtaçılar İslamın şiə təriqətindən olan xəzəri icmasının üzvləridir. Terrorçular digər şaxtaçılara toxunmayıb.
Pakistanın Baş naziri İmran Xan terrorçuların bu qanlı əməlini “amansız terror aktı” adlandırıb. Pakistan hökuməti terrorçuların axtarışını elan edib.