-
ABŞ Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin 4 hakiminə sanksiya tətbiq etdi
İyun 06, 2025 10:15ABŞ hökuməti Prezident Donald Trampın rəhbərliyi altında cümə axşamı günü Beynəlxalq Cinayət Məhkəməsinin dörd hakiminə qarşı rəsmi sanksiyalar elan edib. ABŞ Dövlət katibi Marko Rubio bu qərarı Məhkəmənin ABŞ və İsrailə qarşı atdığı “qanunsuz addımlar”a cavab olaraq qiymətləndirib.
-
İranın BMT-də ABŞ-ın ittihamlarına cavabı: ABŞ Fələstin əzabına son qoymağa mane olur
İyun 06, 2025 10:13Təhlükəsizlik Şurası Fələstin xalqının iztirablarına son qoymaq üçün təcili tədbir görməli olduğu bir zamanda, ABŞ bir daha Şuranın vəzifəsini yerinə yetirməsinə mane olmaq qərarına gəldi.
-
Tramp və Xi arasında telefon danışığı olub
İyun 05, 2025 13:58Çin dövlət mediasının məlumatına görə, Çin və ABŞ prezidentləri bu gün tariflər məsələsinin gərginləşməsindən və ixrac məhdudiyyətlərinin tətbiqindən sonra ilk dəfə telefonla danışıblar.
-
Putin Zelenski ilə görüşməyəcəyini bildirdi
İyun 05, 2025 09:40Rusiya və ABŞ prezidentlərinin telefon danışığı, Putin ilə14-cu Papa Leo arasında görüş, Trampın Rusiyaya qarşı sanksiyaların artırılmasına qarşı çıxması, ABŞ-dan Ukraynaya silah tədarükünün dayandırılması, həmçinin Hollandiyanın və əlaqə qrupunun Kiyevə yeni hərbi yardım göndərməsi müharibə ilə bağlı vacib hadisələrdir.
-
İran və Tacikistan prezidentləri strateji əlaqələri möhkəmləndirdi.
İyun 05, 2025 09:21İran və Tacikistan prezidentləri telefon danışığında iki ölkə arasında strateji münasibətlərin daha da möhkəmləndirilməsi, razılaşmaların tam şəkildə həyata keçirilməsi və ortaq maraqlar əsasında mədəniyyətlərarası əlaqələrin inkişaf etdirilməsinin vacibliyini qeyd etdilər.
-
Ərəfə gününə bir neçə saat qalmış zəvvarlar Mehran sərhədinə cəmləşdilər.
İyun 05, 2025 09:00Ərəfə günü yaxınlaşdıqca zəvvarlar yay istisinə baxmayaraq eşq yoluna qədəm qoydular.
-
Əl-Əhram: Əraqçinin Qahirəyə səfəri Misirlə İranı bir-birinə daha da yaxınlaşdırır
İyun 05, 2025 08:55Misirin nüfuzlu “Əl-Əhram” qəzeti İran İslam Respublikasının xarici işlər nazirinin Qahirəyə səfərinə toxunaraq yazıb: Abbas Əraqçinin bu həftə Qahirəyə etdiyi diqqətçəkici və rəmzi səfər, İran-Misir münasibətlərində dönüş nöqtəsinin əlaməti kimi qiymətləndirilir. Bir çox müşahidəçilər bu səfəri iki ölkə arasında münasibətlərin normallaşması yolunda mühüm addım sayır.
-
Pakistan: ABŞ-ın Qəzzədə atəşkəs qətnaməsini veto etməsi dünyaya təhlükəli mesaj verir
İyun 05, 2025 08:28BMT-də Pakistanın daimi nümayəndəsi Əsim İftixar Əhməd bildirib ki, ABŞ hökumətinin Təhlükəsizlik Şurasında Qəzzədə atəşkəs üçün qətnaməni veto etməsi insan hüquqları qanunlarına ziddir və Fələstinlilərə qarşı davam edən cinayətlərə birbaşa dəstəkdir. Bu, dünyaya təhlükəli bir mesajdır.
-
Papa Leo Putindən Ukraynadakı müharibəni dayandırmaq üçün dərhal tədbir görməyi xahiş etdi
İyun 05, 2025 08:26Vatikanın mətbuat katibi Matteo Bruni bildirib ki, 14-cu Papa Leo Vladimir Putinlə telefon danışığında dialoqun əhəmiyyətini vurğulayaraq, Rusiya prezidentindən Ukraynada sülhün təmin olunması üçün tədbir görməyi istəyib.
-
Tramp Harvard universitetinin xarici tələbələrinə vizanı məhdudlaşdırdı
İyun 05, 2025 08:15ABŞ prezidenti Donald Tramp federal qanunların pozulmasını bəhanə gətirərək, Harvard Universitetinin beynəlxalq tələbələri üçün viza verilməsini məhdudlaşdırdı. Ağ Evin yaydığı məlumata görə, Harvardın yeni tələbələri üç növ qeyri-immiqrant vizası ilə ABŞ-a daxil ola bilməyəcək. Eyni zamanda, ABŞ-ın dövlət katibi Mark Rubioya göstəriş verilib ki, yeni bildirişə əsasən, hazırda ölkədə olan xarici tələbələrin vizalarının ləğv edilməsi imkanını araşdırsın.