Səna partlayışlarında 30-a yaxın insan həlak olub
İyun 18, 2015 08:10 Asia/Baku
Yəmənin paytaxtı Sənada baş vermiş 5 partlayışda 30-a yaxın insan həlak olub.
Fars xəbər agentliyinin məlumatına görə, bu terror hücumları çərşənbə günü Ənsarullah hərəkatının ofisi və üç məscidin yaxınlığında baş verib və onlarla nəfər də yaralanıbdır.Ərəbistanın başçılıq etdiyi koalisiyanın Yəmənə qarşı hava hücumlarının ardınca Ərəbistanın dəstəklədiyi terror qrupları da Yəmənin daxilində partlayış törədərək, Ərəbistanın başçılıq etdiyi təcavüzkar ölkələri öz hədəflərinə çatmaqda dəstəkləməyə çalışırlar.
Belə bir halda, döyüşən tərəflər BMT-nin vasitəçiliyi ilə Cenevrədə müzakirə aparmaqdadırlar, lakin indiyədək Yəmən böhranına son qoymaq üçün keçirilən bu müzakirələr nəticəsiz qalıbdır.