Kabildə qanlı terror; 8 ölü, 200 yaralı
https://azeri.sahartv.ir/news/dünya-i196533-kabildə_qanlı_terror_8_ölü_200_yaralı
Kabildə baş vermiş partlayışda 8 nəfər həlak olub, 200 nəfər isə yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 07, 2015 04:47 Asia/Baku
  • Kabildə qanlı terror; 8 ölü, 200 yaralı
    Kabildə qanlı terror; 8 ölü, 200 yaralı

Kabildə baş vermiş partlayışda 8 nəfər həlak olub, 200 nəfər isə yaralanıb.

Əl-Məyadin informasiya kanalı bu gün bildirib ki, Kabildə partlayıcı qurğu yerləşdirilən yük maşınının partladılması nəticəsində 8 nəfər ölüb. Bu hadisədə təqribən 200 adamın da yaralandığı bildirilir.
Əfqanıstanın Səhiyyə Nazirliyinin sözçüsü yaralılar arasında çoxlu sayda qadın və uşağın olduğunu bildirib.
Bəzi yaralıların vəziyyəti ağır olduğu üçün, hadisə qurbanlarının sayının artması ehtimalı qaçılmazdır.
Kabil polisinin rəisi isə deyib: Partlayış orduya aid kompleksin yaxınlığında törədilib. Bu cinayəti törədənlər böyük bir qırğın törətməyi planlayırmışlar.