Ankara terror aktını törədən şəxsin kimliyi rəsmən açıqlandı
Mart 16, 2016 11:15 Asia/Baku
Türkiyənin Daxili İşlər Nazirliyi Ankarada terror aktı törədən şəxsin kimliyini açıqladı.
İRİB-nin Ankaradan verdiyi məlumata görə, Türkiyənin Daxili İşlər Nazirliyi bir bəyanat yayaraq, bildirib ki, bazar günü Ankaranın "Qızıl Ay" meydanında terror aktını törədən şəxs 1992-ci ildə Qars vilayətində anadan olmuş Səhər Çağla Dəmir adlı bir qız olub.
Türkiyə Daxili İşlər Nazirliyinin bildirişində həmçinin deyilir: Səhər Çağla Dəmir 2013-cü ildə PKK-ya qoşulub və Suriyanın şimalında YPG tərəfindən təlimlər görüb.
Bildirişdə terror aktını törədən şəxsin yanında olan və da bu terror aktının törədilməsində rolu olduğu təsəvvür edilən ikinci şəxsin kimliyi barədə məlumat verilməyib.