İyul 31, 2020 09:33 Asia/Baku
  • Taliban Lugər partlayışında iştirakını rədd edib

Taliban Əfqanıstanın şərqində yerləşən Lugər vilayətinin mərkəzində baş verən terror partlayışında iştirakını rədd edib.

SəhərAzəri xəbər verir, Talibanın sözçüsü Zəbiullah Mucahid deyib ki, bu qrup üzvlərinin dünən gecə Lugər vilayətinin mərkəzi olan «Pol Ələm» şəhərində baş vermiş partlayışda rolu olmayıbdır.

Dünən gecə Lugər vilayətinin mərkəzində bomba qoyulmuş avtomobilin partlaması nəticəsində azı 18 nəfər ölüb, 22 nəfər də yaralanıb və onlardan bəzilərinin vəziyyəti ağır elan olunubdur. Partlayışda ölənlərin və yaralıların arasında uşaq və qadınlar da müşahidə olunur.

Belə bir halda, keçən həftə BMT bir açıqlamada bildirmişdi ki, Əfqanıstanın 12 vilayətində Əlqaidə-nin təqribən 600 üzvü fəaliyyət göstərir. Bu şəbəkənin başçısı Vaymən Əlzəvaheri də həmin vilayətlərdən birindədir. O, Pakistandakı digər terror qrupları ilə yanaşı, əfqanlar arasındakı sülh müzakirələri prosesinə xələl gətirməyə çalışır.

Teqlər