Pakistanda terrorçular 11 şaxtaçını əsir götürərək güllələyiblər
https://azeri.sahartv.ir/news/dünya-i371599-pakistanda_terrorçular_11_şaxtaçını_əsir_götürərək_güllələyiblər
Pakistanın Bəlucistan əyalətində terrorçular işə gedən 11 şaxtaçını əsir götürüb yaxınlıqdakı dağa apararaq güllələyiblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 04, 2021 07:09 Asia/Baku
  • Pakistanda terrorçular 11 şaxtaçını əsir götürərək güllələyiblər

Pakistanın Bəlucistan əyalətində terrorçular işə gedən 11 şaxtaçını əsir götürüb yaxınlıqdakı dağa apararaq güllələyiblər.

SəhərAzəri Pakistan xəbər agentliklərinə istinadən xəbər verir, Pakistanın Bəlucistan əyalətində terrorçular işə gedən 11 şaxtaçını əsir götürüb yaxınlıqdakı dağa apararaq güllələyiblər. 6 nəfər yerindəcə, 5-i isə xəstəxanaya aparılarkən ölüb. Bildirilir ki, güllələnən şaxtaçılar İslamın şiə təriqətindən olan xəzəri icmasının üzvləridir. Terrorçular digər şaxtaçılara toxunmayıb.

Pakistanın Baş naziri İmran Xan terrorçuların bu qanlı əməlini “amansız terror aktı” adlandırıb. Pakistan hökuməti terrorçuların axtarışını elan edib.