Mart 12, 2022 13:20 Asia/Baku
  • ABŞ general Süleymaninin iki qatilini qorumaq üçün hər ay 2 175 000 dollar xərcləyir

Media mənbələri ABŞ federal hökumətinin general Süleymaninin terror edilməsində əli olan bu ölkənin iki sabiq rəsmisini qorumaq üçün ayda iki milyon yüz yetmiş beş min dollar xərclədiyini bildirirlər.

SəhərAzəri-nin məlumatına əsasən, ABŞ-da dərc edilən bir jurnal bildirib ki, ABŞ federal hökuməti İran İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın Qüds Qüvvələrinin keçmiş komandanı general  Qasim Süleymaninin terror edilməsində iştirak edən iki keçmiş ABŞ rəsmisinə ayda təxminən 2 milyon 175 min dollar xərcləyir.

"Washington Examiner" bildirib ki, bu iki rəsmi İran tərəfindən onlara qarşı olan qlobal təhlükələr səbəbindən mühafizəyə alınıblar. 

Məlumatda iddia olunub ki, İranın Mayk Pompeo və Brayan Huka qarşı təhdidləri çətin ki, tezliklə aradan qalxsın. Əksinə, qeyd olunub ki, mövcud təhdidlərin qiymətləndirilməsi və daha çox təhlükəsizlik tədbirlərinin görülməsi zərurəti əsasında iki keçmiş məmurun müdafiəsi üçün xərclərin gələcəkdə artmasının gözlənilir.

"Washington Examiner",  maliyyə çatışmazlığı səbəbindən nazirliyin yaxın aylarda Pompeo və Brayan Hukun mühafizə büdcəsini kəsə biləcəyindən narahatlıq ifadə edib.

Teqlər