Mart 15, 2023 15:57 Asia/Baku
  • Çin COVİD-19-un yayılmasından sonra ilk dəfə olaraq sərhədlərini xarici turistlərin üzünə açır

Çin üç il əvvəl COVİD-19 pandemiyasının başlanmasından bəri ilk dəfə olaraq xarici turistlərə vizaların verilməsini bərpa edəcək.

SəhərAzəri-nin məlumatına əsasən, Məhdudiyyətlərin əhəmiyyətli dərəcədə yüngülləşdirilməsi Pekinin virus üzərində qələbəsini elan etməsindən və iqtisadiyyatına ziyan vuran sıfır COVİD strategiyasından geri çəkildikdən sonra baş verir.

Martın 15-dən etibarən Çin səfirlikləri bu ölkə vizası üçün müraciətlərə baxa bilər və kruiz gəmiləri üçün Haynan adasına və Şanxaya vizasız giriş bərpa olunacaq.

Honq-Konq və Makaodan olan tur qrupları da vizasız giriş imtiyazlarını yenidən əldə edəcəklər.

Bundan əlavə, Çin 28 Mart 2020-ci il tarixindən etibarən sərhədlərini bağlamadan əvvəl verilmiş vizalar yenidən qəbul ediləcək.

COVİD-19 ilə mübarizə üçün tətbiq edilən ən son transsərhəd məhdudiyyətlərin aradan qaldırılması epidemiyadan sonra Çində normal həyatın bərpası istiqamətində böyük bir addımdır.

Teqlər