İyun 02, 2015 08:32 Asia/Baku
  • Livan Hizbullahı: Beynəlxalq koalisiya terrorçularla əməkdaşlıq edir
    Livan Hizbullahı: Beynəlxalq koalisiya terrorçularla əməkdaşlıq edir

Livan Hizbullahı baş katibinin müavini deyib: İŞİD əleyhinə beynəlxalq koalisiya terrorçuları, regionda öz planlarını icra etmək üçün saxlayıb.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Livan Hizbullahının baş katibinin müavini Şeyx Nəim Qasim bazar ertəsi günü Livanın əl-Minar telekanalı ilə müsahibədə bildirib: Hazırda regionda iki plan mövcuddur. Biri dostları və müttəfiqləri ilə birlikdə olan müqavimət planı, ikincisi isə təkfirçilər və səudiyyəlilərlə birlikdən olan Amerika və İsrail planı.
Şeyx Nəim Qasim əlavə edib: Terrorizmlə mübarizə üzrə beynəlxalq koalisiya İŞİD-lə mübarizə ardınca deyil, əksinə onun məqsədi özünü böyük göstərməkdir.
Livan Hizbullahının baş katibi bildirib: Bölgədə terrorçuların hərəkətləri Amerikanın başçılıq etdiyi beynəlxalq koalisiyanın nəzarəti ilə həyata keçirilir və bu koalisiya bölgədə öz planlarını icra etmək üçün terrorçuları dəstəkləyirlər.

Teqlər