Hələb; terrorizm ilə döyüşdə dönüş nöqtəsi
-
Hələb; terrorizm ilə döyüşdə dönüş nöqtəsi
İraqın baş naziri Rusiya qırıcıları və bombardmançı təyyarələrinə Suriyada İŞİD-in mövqelərinə zərbə endirməsi üçün bu ölkə səmasından istifadə icazəsi verdiyini bildirib. Çinin Beynəlxalq Hərbi Əməkdaşlıq Ofisinin rəisi də Dəməşqdə Suriyanın müdafiə naziri ilə görüşüb. Görüşdə Suriya hərbçilərinə təlimlərin keçilməsi və Suriyaya hərbi yardımların göndərilməsi barədə razılıq əldə olunub.
Hələb uğrunda gedən döyüşlərdə kimyəvi silahların izi görünür. İŞİD Hələbin 40 kilometrliyində yerləşən Mari şəhəri və ətraf məntəqələri kimyəvi başlıqlı raketlərlə hədəfə alıb.
Suriya ordusu isə Hələbin cənubunda yerləşən bir kəndə nəzarəti ələ keçirdiyini bildirib.
Hələb uğrunda gedən həlledici döyüşlər region ölkələrinin də aşkar formada tərəf seçmələrinə səbəb olub.
İraqın baş naziri Rusiyanın qırıcı və bombardmançı təyyarələrinə bu ölkə səmasından istifadə icazəsinin verildiyini bildirib.
Digər tərəfdən Rusiyanın qırıcı və bombardmançı təyyarələri Həmədanın “Nuje” hərbi hava bazasında yerləşiblər. İndi onlar Suriyada terrorçuları bombardman edmək üçün 2000 kilometrlik məsafə yerinə, 700 kilometrlik bir uçuş həyata keçirirlər.
İraqın baş naziri Heydər əl-İbadi deyib: "Biz Rusiyanın qırıcı-bombardmançı təyyarələrinə İraq səmasından istifadə icazəsi vermişik. Bu icazə müəyyən şərtlərə malikdir. Biz, Suriyada İŞİD əleyhinə savaşda iştirak etmək üçün onların ixtiyarına bir hava dəhlizi vermişik."
Belə bir şəraitdə ABŞ prezidenti Barak Obamanın xüsusi nümayəndəsi Robert Mali Amerikanın Suriya müharibəsinin Bəşşar Əsədin hakimiyyətdən gedəcəyi zamana kimi uzatmağa qadir olduğunu deyib. Pentaqon və ABŞ Dövlət Departamenti isə İŞİD əleyhinə regional əməkdaşlıqdan təəssüfləndiklərini bildiriblər.
"Bu bizim üçün gözlənilməz deyildi. Amma, biz çox təəssüf edirik ki, İran və Rusiya Suriyada hakim rejimi iqtidarda saxlamaq üçün, iddia etdikləri kimi terrorçuları deyil, mötədil müxalif qüvvələrin mövqelərini hədəfə alırlar." ABŞ Dövlət Departamentinin sözçüsü Mark Tuner belə deyib.
İran və Rusiya arasındakı strateji əlaqələr indi daha aydın formada terrorçular ilə mübarizəyə yönəlib. İki ölkə rəsmiləri bu əməkdaşlığın qısa müddətli olmayacaqlarını bildirirlər.
Konfliktoloq Məhəmməd Əli Möhtədi isə Hələbin taleyini birdəfəlik olaraq müəyyən etmək üçün böyük bir layihənin olduğunu bildirib: "Böyük bir hərbi layihə var və bu layihə ətrafında İran, Suriya və Rusiyanın siyasi və hərbi rəsmiləri arasında anlaşmalar əldə edilib. Və bu hərbi əməliyyatda məqsədin Hələb uğrunda gedən döyüşlərin taleyini birdəfəlik olaraq təyin etməkdir."
Suriyada gedən döyüşlər, xüsusi ilə də Hələb uğrunda gedən savaş artıq beynəlxalq xarakter almağa başlayıb. Hələb uğrunda gedən döyüşlərdə bütün tərəflər qələbə ardıncadır. Çünki, bu qələbə Suriya üçün həlledici olacaq.