Fev 19, 2017 14:22 Asia/Baku
  • İraqın baş naziri Mosulun qərb hissəsinin azad edilməsinə dair əmr verib

İraqın baş naziri Heydər Əl-İbadi televiziyadan çıxışında deyib: “Neynəva gəlirik” əməliyyatının Mosulun qərb hissəsinin azad edilməsi mərhələsinin başlanmasını elan edirəm. Əsas missiyamız torpaqdan öncə insanı azad etməkdən ibarətdir.

 

İRİB-in verdiyi məlumata görə,İraqın mərkəzi polisinin komandanı da Mosulun qərbində İŞİD terrorçularının mövqelərinə qarşı arteleriya hücumlarının başlanmasından xəbər verib. Dünən İraq ordusunun hərbi təyyarələri Neynəva vilayətinin mərkəzi olan Mosulun qərb hissəsi üzərinə milyonlarla elan yayaraq sakinlərə İŞİD terrorçularının Mosulun qərbindən çıxarılması məqsədi ilə əməliyyatların başlandığını bildirərək, vətəndaşların İraq qüvvələrini qarşılamağa hazır olmalarını istəyiblər.

İŞİD terrorçuları Neynəvanın qərbində düşddükləri mühasirəni qırmaq üçün Tələfərdə müəyyən əməliyyatlara başlayıblar. Son üç gün ərzində onlarla komikadze əməliyyatları formasında reallaşan bu hücumlar məğlubiyyətə uğramışdır. Mosulun 50 km qərbində həyata keçirilən İŞİD terrorçularının bu əməliyyatlarında terrorçuları 300 komikadze , 38 bombalı avtomobil, 65 zirehli texnika və 600-dən çox minaatan mərmisindən istifadə edərək öz qüvvələrinin Suriya sərhəddinə doğru yolunu açmağa cəhd göstərdi amma Həşdüşşəbinin müqaviməti nəticəsində bu hücumlar nakam qaldı.

 

 

Teqlər