ABŞ Mosulun qərbində İŞİD-ə yardım edir
Şahid ifadələrinə əsasən ABŞ Mosulun qərbində İŞİD terrorçularına yardım edir.
Əl-Aləm kanalının verdiyi məlumata görə, Təl-Əfər şəhərinin sakinləri çərşənbə günü bir amerikan təyyarəsindən Mosulun İŞİD-in işğalı altında olan qərb hissəsinə bir neçə yükün atıldığının şahidi olublar. Onlar həmçinin, bu təyyarədən həmin məntəqəyə 6 nəfərin endiyini də görüblər. İraqlı qüvvələr də ABŞ-ın savaş məntəqələrində İŞİD terrorçularına havadan yardım çatdırmasının şahidi olduqlarını bildiriblər.
Bu məlumata görə, amerikalılar İŞİD başçılarını mühasirədən xilas edərək, təhlükəsiz yerə köçürməyə çalışırlar.
Təl-Əfərin İŞİD-in işğalından azad edilməsi əməliyyatına bu gün səhər start verilib.
Təl-Əfər şəhəri 2 aya yaxındır ki, İraqın könüllü xalq qüvvələri "Həşdüşşəbi"nin mühasirəsindədir. Terrorçular mühasirəni yarmağa və şəhərdən qaçmağa səy göstərsələr də, onların bu səyləri uğursuz qalıb.
Ötən ay Mosulun şərq hissəsinin İŞİD-in işğalından azad edilməsi əməliyyatı təkmilləşdirildi və insanlar artıq öz evlərinə qayıtmağa başlayıblar.