İyul 16, 2017 10:34 Asia/Baku
  • İŞİD Deyruz-Zurdakı iştirakını davam etdirməyə cəhd edir
    İŞİD Deyruz-Zurdakı iştirakını davam etdirməyə cəhd edir

İŞİD terror qruplaşması Suriyanın müxtəlif bölgələrində ardıcıl məğlubiyyətlərdən sonra, bu ölkənin şərqində Deyruz-Zurda öz iştirakını davam etdirmək üçün vasitələrə əl atıb.

Suriya əl-Youm informasiya portalının məlumatına görə, İŞİD terror qruplaşması hər hansı ehtimal olunan hücumun qarşısını almaq üçün ticarət məkanlarının sahibləri və mənzillərin sakinləürini məcbur edib ki, Deyruz-Zurda İŞİD-in işğalında qalan az bölgələrin qarşısında 2 metr hündürlüyündə torpaq təpəsi yaratsınlar. 

Əl-Məyadin şəhərinin sakinləri İŞİD terror qruplaşmasının göstərişinə əsasən, öz evlərinin ətrafında səngər və torpaq təpəsi yaratmalıdır. 

İŞİD terror qruplaşmasının bu hərəkəti qrupun təhlükə hiss etdiyini və yaxın gələcəkdə çətin döyüş qarşısında olduğunu göstərir. 

İŞİD terror qruplaşması İraqın şimalında Mosulda və Suriyanın şimalında Riqqədə sivillərdən insan sipəri kimi istifadə edib. İŞİD-in bu hərəkətləri Suriya ordusunun Badiyə və Riqqədə sürətlə irəliləməsindən sonra daha da artıb. 

Teqlər