Suriyada İŞİD qərargahları bombalanıb
-
Suriyada İŞİD qərargahları bombalanıb
Suriya ordusunun hərbi təyyarələri ölkənin şərqində Deyrəzzurda İŞİD terrorçularının qərargahlarını hədəfə alıblar.
İRİB-in verdiyi məlumata görə, Suriya mənbələri bu gün bildiriblər ki, Suriya ordusunun Deyrəzzura hava hücumlarında terrorçular böyük tələfata və maddi ziyana məruz qalıblar, terrorçuların bir neçə hərbi qərargahı məhv edilib.
Suriya ordusunun Deyrəzzurdakı əməliyyatı İŞİD qrupunun neftayırma təchizatlarının dağılması ilə nəticələnib. İŞİD bu nefti Deyrəzzurun şərqində Bəqruş Badiyyəsinin neft quyularından oğurlayırdı.
Deyrəzzurdakı yerli mənbələr bildiriblər ki, Deyrəzzur əhalisi İŞİD terrorçularına qarşı üsyan qaldırıb və gənclər İŞİD-in Hətələ kəndindəki mediya mərkəzini yandırıblar. İŞİD-in bir neçə əsas başçıları bölgədən qaçmalı olublar.
Eyni zamanda Suriyanın silahlı qüvvələri Tədmərin ətrafında Əl-Hil neft yatağının şimalından 4 km aralıda bir neçə bölgəni azad ediblər və bir neçə İŞİD terrorçusunu öldürüblər.