Suriya ordusu və müqavimət qüvvələri Diyrəzzura daxil olublar
-
Suriya ordusu və müqavimət qüvvələri Diyrəzzura daxil olublar
Suriya ordusu və müqavimət qüvvələrinin ilk qrupu Diyrəzzur şəhərinin üçillik mühasirəsini qıraraq, Suriyanın şərqində yerləşən bu şəhərə daxil olubdur.
Yerli suriyalı mənbələr dünən axşam bildiriblər ki, Suriya ordusu və müqavimət qüvvələrinin aparıcı bölmələri Diyrəzzur şəhərinin mühasirəsini qıraraq, bu şəhərin qərbindəki 137-ci diviziyanın qərargahına daxil olub və avtomobillər rupordan istifadə edərək, şəhərin mühasirəsinin sındırılması xəbərini əhaliyə elan ediblər.
Belə bir halda, Diyrəzzurun valisi Muhəmməd İbrahim Səmərə dünən Röyters ilə müsahibədə vurğulayıb ki, bu vilayətin mərkəzi olan Diyrəzzur şəhəri yaxın gələcəkdə tam şəkildə Suriya ordusunun ixtiyarına keçəcəkdir.
Suriya ordusunun aparıcı bölmələrinin Diyrəzzur şəhərinə daxil olmaları ilə bir zamanda, təkfirçi-terrorçu İŞİD qrupu Suriya ordusunun nəzarətində olan məhəllələri hədəfə alıblar.
Diyrəzzur şəhərinin sakinləri 2014-cü ildən İŞİD terror qrupunun mühasirəsindədirlər və bu müddətdə bu terror qrupu qarşısında müqavimət göstərərək, heç vaxt təslim olmadılar.
Digər bir xəbərə görə, suriyalı qüvvələr İordaniyadan Suriyaya açılmış qanunsuz keçidləri bağlayaraq, terrorçuların nüfuz yolunu bağlayıblar. Onlar bu ölkənin İordaniya ilə müştərək sərhədindəki iki sərhəd postunu azad edərək, bir qrup terrorçunu öldürüblər.