Suriyanın müdafiə naziri Deyruzzura daxil olub
-
5-deputat
Suriya ordusu və müttəfiqləri tərəfindən Deyruzzurun mühasirəsinin yarılmasından sonra Suriyanın müdafiə naziri bu şəhərə daxil olub.
Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Əl-Məyadin telekanalı bildirib ki, Suriyanın müdafiə naziri İmad Fəhəd Casim Əl-Fəric bu gün Suriya prezidenti Bəşar Əsədin göstərişi əsasında hərbi hissələrə baxış keçirmək və bölgədəki son durum ilə yaxından tanış olmaq məqsədi ilə Deytuzzur şəhərinə daxil olub.
Suriyanın müdafiə naziri Deyrəzzurun 3 il müddətində İŞİD tərəfindən mühasirədə saxlanılmasından sonra bu strateji şəhərə səfər edən ilk yüksək səviyyəli dövlət rəsmisidir.
Əl-Aləm telekanalı isə bildirib ki, çərşənbə axşamı günü Deyruzzurun mühasirəsinin yarılmasından sonra bu gün bu şəhərə ərzaq malları, tibbi yardımlar və təhsil ləvazimatları daxil edilib.
Deyruzzurun cənub qərb bölgələrinə gətirilən bu yardım yükü minlərlə ərzaq, dərman, səhiyyə və məktəb ləvazimatları bağalamalarından ibarətdir və müvafiq qrumlar tərəfindən uzun müddətdir mühasirədən əziyyət çəkən əhali arasında bölüşdürülüb.
BMT hesablamalarına görə, Deyruzzurda 93 min mülki İŞİD-in mühasirəsi altında acınacaqlı durumda yaşayır və yardımlar havadan onlara çatdırılır.