Sen 08, 2017 12:48 Asia/Baku
  • ABŞ İŞİD başçılarını Diyrəzzurdan çıxarıb

Bir hərbi mənbə bildirib ki, Amerikanın bir hərbi vertolyotu ötən avqust ayında iyirmi İŞİD başçısını Suriyanın Diyrəzzur şəhərindən çıxarıb.

Adı qeyd olunmayan bu hərbi mənbə Sputnik xəbər agentliyi ilə müsahibədə deyib: Suriya ordusunun Diyrəzzur şəhərindəki uğurlu addımlarının ardınca Amerikanın bir hərbi vertolyotu 2017-ci il avqustun 26-da Avropa əslli iki İŞİD başçısını ailə üzvlərilə yanaşı, gecə ilə Diyrəzzurun şimal-qərbində yerləşən məntəqədən çıxarıbdır.

Bu mənbə əlavə edib: İki gün sonra, avqustun 28-də ABŞ vertolyotları 18 ISID komandirini və onlara yaxın hərbi ünsürləri Diyrəzzurun cənub-şərqində yerləşən məntəqədən Suriyanın şimal səmtinə köçürüblər.

Mosulun azad edilməsi əməliyyatından öncə də amerikan hərbçilər vertolyot vasitəsilə bir qrup İŞİD komandirini bu şəhərin qərb hissəsindən çıxararaq, naməlum məkana köçürmüşdülər.

İŞİD Ərəbistan və ABŞ daxil olmaqla bəzi ərəb və Qərb ölkələrinin tam dəstəyilə İraq və Suriyanın bir çox şəhərini gərginləşdiribdir.

Teqlər