İraqın könüllü xalq qüvvələri Huveycə şəhərində
Sen 25, 2017 21:26 Asia/Baku
İraqın könüllü xalq qüvvələri Həşdüşşəbi bazar günü Huveycə şəhərinə daxil olublar.
Huveycə İŞİD terrorçularının İraqdakı son sığınacaqlarından biridir.
İraq silahlı qüvvələri də Həşdüşşəbi ilə birlikdə Huveycə şəhərinə daxil olublar. Bu şəhər İraq hökuməti ilə İraq Kürdüstanı yerli hakimiyyəti arasındakı ixtilaflı məntəqələrdəndir.