ABŞ qırıcıları iki dəfə Riqqəni bombalayıblar
Okt 03, 2017 17:20 Asia/Baku
Amerikan koalisiyanın qırıcıları bu gün iki dəfə Suriyanın Riqqə şəhərindəki mülkiləri hədəfə alaraq, 21 sivili öldürüblər.
ABŞ-ın komandanlığı altında olan dırnaqarası anti-İŞİD koalisiyasının qırıcıları bu gün günorta çağı bir qrup Riqqə sakinini bombalayıblar. Bu insanlar suyundan bəhrələnmək üçün bir quyunun ətrafına toplaşmışdılar.