Okt 06, 2017 10:24 Asia/Baku
  • Amerikan koalisiyanın suriyalı mülkilərə hücumları davam edir

ABŞ-ın başçılığı altda olan üzdəniraq anti-İŞİD beynəlxalq koalisiyası qırıcılarının Suriyanın şərqindəki Diyrəzzur şəhərinə qarşı hücumunda daha onlarla mülki həlak olub.

Amerikan koalisiyanın Diyrəzzurda, Fərat çayının sahilində yerləşən Ələşarə şəhərinə qarşı ən son hücumunda əlli sivil, o sıradan bir neçə qadın və uşaq öldürülüb və onlarla nəfər də yaralanıbdır.

Yerli bir rəsmi bu haqda belə deyib: Diyrəzzurun şərqində yerləşən Əlquriyyə keçidi də amerikan koalisiyası qırıcılarının hava hücumları nəticəsində yeddi uşaq daxil olmaqla qırxdan yuxarı mülkinin öldürülməsinin şahidi olub.

Keçən həftə də oxşar bir hücumda qırx suriyalı sivil öldürülmüşdü.

Teqlər