Bağdadın mərkəzində baş verən partlayış nəticəsində 5 nəfər yaralanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i365276-bağdadın_mərkəzində_baş_verən_partlayış_nəticəsində_5_nəfər_yaralanıb
İraq təhlükəsizlik media komandası bu gün (Çərşənbə) Bağdadın mərkəzində meydana gələn partlayışın rəsmi nəticəsini açıqladı.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 29, 2020 17:30 Asia/Baku
  • Bağdadın mərkəzində baş verən partlayış nəticəsində 5 nəfər yaralanıb

İraq təhlükəsizlik media komandası bu gün (Çərşənbə) Bağdadın mərkəzində meydana gələn partlayışın rəsmi nəticəsini açıqladı.

SəhərAzəri xəbər verir, Şəfəq Xəbər Agentliyinin verdiyi məlumata görə, İraq təhlükəsizlik media komandası bir açıqlama yayaraq bildirib ki, İraqın paytaxtı Bağdadın girəcəyində yerləşən bir yanacaq doldurma məntəqəsinin yaxınlığında bomba yüklü KİA markalı bir avtomobil partlayıb.
İraq təhlükəsizlik media komandası da açıqladı avtomobildə olan 5 nəfər yaralanıb və avtomobil tamamilə zədəlidir.
Təhlükəsizlik mənbəyi yaralıların müalicə üçün ən yaxın xəstəxanaya aparıldığını bildirib.