Əl-Həşdüş-Şəbinin rəhbəri vurğulayıb;
“Şəhid Sərdar General Soleymani insanlıq nümunəsidir”
İraqdakı Əl-Həşdüş-Şəbi təşkilatının rəisi şəhid general-leytenant Soleymanini insanlıq nümunəsi adlandiraraq soyləyib: "Bu böyük general böyük İslam dəyərlərinə sahib idi".
SəhərAzəri xəbər verir, İraqın Əl-Həşdüş-Şəbi təşkilatının rəisi "Faleh Əl-Fəyaz" bu gün, şənbə günü İraq parlamentində İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin keçmiş komandanı şəhid general-leytenant pasdar Qasem Soleymani və Əl-Həşdüş-Şəbi təşkilatının rəisəvəzi Əbu Məhdi Əl-Mühandisin birinci ildönüm münasibəti ilə keçirilən mərasimdə deyib: Bu iki böyük şəhid, Allahla əhdlərinə sadiq qalan və həmin əhdi yerinə yetirən insanlar olublar.
Əl-Həşdüş-Şəbi təşkilatının rəisi əlavə edib: "Ölkəyə, məqsədi uğrunda canlarından keçməyə hazır olan belə insanlar lazımdır, və bu iki şəhid komandir qəhrəmandir".
İraq parlamentinin sədri Məhəmməd əl-Həlbusi də mərasimdə müqavimət komandirlərinin şəhadətinə toxunaraq deyib: "Bu şəhidlərdən öyrənməli olduğumuz ən böyük dərs əldə olunan zəfəri qorumaqdır".
Xatirladaq ki, İraq rəsmilərinin rəsmi dəvəti ilə 3 yanvar Cümə səhəri İraqada olan şəhid general-leytenant Soleymani, Əbu Məhdi Əl-Mühandis və daha səkkiz nəfər İraqın Bağdad hava limanı yaxınlığında ABŞ təcavüzkarları və terrorçularının hava hücumu nəticəsində şəhid olub.