Sionist hərbçilər qərb sahilinə basqın ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i392739-sionist_hərbçilər_qərb_sahilinə_basqın_ediblər
Dünən gecə İordan çayının qərb sahilində yerləşən Beytləhm şəhərinə basqın edən qəsbkar sionist rejim hərbçiləri fələstinlilərlə toqquşublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 02, 2022 07:53 Asia/Baku
  • Sionist hərbçilər
    Sionist hərbçilər

Dünən gecə İordan çayının qərb sahilində yerləşən Beytləhm şəhərinə basqın edən qəsbkar sionist rejim hərbçiləri fələstinlilərlə toqquşublar.

SəhərAzəri-nin məlumatına əsasən, Fələstinli mənbələr bildiriblər ki, sionistlər gecə ilə Beyt-Ləhmdəki bir neçə rayona basqın ediblər.

Hələ bu hücumda ehtimal olunan yaralıların sayı barədə bir məlumat yayılmayıbdır.

Məzlum Fələstin xalqının hüquqları yetmiş ildən çoxdur ki, qəsbkar sionist rejim hərbçilərinin çəkmələri altında pozulur. Bu rejim qeyd olunan müddətdə fələstinlilərə qarşı vəhşicəsinə cinayətlər törədibdir.

Son zamanlar qəsbkar sionist rejimin cinayətlərini pisləyən Fələstin İslami Cihad Hərəkatının sözçüsü Tariq İzzəddin bildiribdir ki, sionistlər gec-tez öz hərəkətlərinin əvəzini ödəyəcəklər.