Sen 29, 2022 13:30 Asia/Baku
  • Sionist ordu qərb sahilində müqavimət liderlərinin terroruna göstəriş verib

Sionist rejim ordusunun baş qərargah rəisi qərb sahilində müqavimət liderlərinin terror edilmələri üçün dəqiq hava hücumlarından istifadə barədə göstəriş verib.

SəhərAzəri-nin məlumatına əsasən, sionist rejim ordusunun əməliyyatından sonra qərb sahilinin şimalında yerləşən Cenin düşərgəsindəki təhlükəsizlik şəraitini araşdıran Avixay Adraii müqavimət liderlərinin terror edilmələri barədə göstəriş versə də, belə hücumların ediləcəyi zamana işarə etməyibdir.

Ötən ay sionist rejimin 12-ci telekanalı xəbər verdi ki, bu rejim ordusunun raketlə təchiz edilmiş hücum PUA-ları ilk dəfə olaraq, qərb sahilinin şimal hissəsində, xüsusən Nabulus və Cenində havaya qalxıblar. Bu növ pilotsuzlardan son zamanlar sionist rejim ordusunun əməliyyatlarında istifadə edilsə də indiyədək onlar tərəfindən bir atış baş verməyibdir.

Sionist hərbi mənbələrin iddialarına görə, bu rejim ordusu həmin pilotsuzlardan istifadə ilə/ müqavimət şəxsiyyətlərini terror edərkən kənar tələfatın qarşısını almaq niyyətindədir.

Teqlər