Sen 16, 2024 14:06 Asia/Baku
  • Yəmən ordusu Amerkianın daha bir PUA-nı məhv edib

Yəmən ordusunun Hava Hücumundan Müdafiə qüvvələri Amerkianın daha bir kəşfiyyat PUA-nı məhv edib

Məlumata əsasən Zəmar vilayətində görünmüş Birləşmiş Ştatların axtarış-kəşfiyyat PUA-sı Yəmən ordusunun Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən hədəfə alınaraq endirilib.

Qeyd edək ki, bir neçə gün bundan öncə Yəmən Silahlı Qüvvələrinin sözcüsü Yəhya Səri verdiyi açıqlamada ölkənin Hava Hücumundan Müdafiə qüvvələrinin ABŞ-ın "MQ9" pilotsuz təyyarəsinin Sədə səmasında kəşfiyyat əməliyyatlarını icra edərkən məhv edildiyini elan etmişdi.

Birqada generalı Yəhya Səri çıxışında bildirmişdi ki, endirilmiş pilotsuz təyyarə son iki gündə Amerikanın ikinci dəfə endirilmiş PUA-dır. Ümumilikdə isə, Yəmənin düşmən əleyhinə apardığı müharibələrdə 9-cu PUA-dır ki,məhv edilib. 

Xatırladaq ki, Yəmən silahlı qüvvələrin məhv etdiyi "MQ-9 Reaper" PUA-sı Amerika "General Atomics Company" tərəfindən istehsal edilmiş ən qabaqcıl və güclü hərbi pilotsuz təyyarələrdən biri kimi tanınan silahla təchiz edilmiş, çox missiyalı pilotsuz təyyarədir.

 

Teqlər