Qəsbkar rejimin Fələstin və Livandakı cinayətlərinə cavab;
Yəmən Təl-Əvivə ballistik raketlə hücum edib
Sionist rejim ordusunun radiosu etiraf edibdir ki, iki milyon nəfərdən çox sionist qəsəbə sakini Yəmənin Təl-Əvivə və işğal olunmuş Fələstinin mərkəzinə qarşı ballistik raket hücumundan sonra sığınacaqlara qaçıb və on yeddidən çox nəfər yaralanıbdır
Sionist rejim mediaları bildiriblər ki, Yəmənin işğal olunmuş Fələstinin mərkəzi bölgələrinə qarşı raket hücumundan sonra Ben-Qurion hava limanında uçuşlar bir müddət dayanıb.
Yəmən Ənsarullah hərəkatının siyasi bürosunun üzvü Əli Əlqəhum ölkəsinin Təl-Əvivə qarşı raket hücumuna reaksiyada “X” sosial şəbəkəsində yazıbdır ki: Yəmənin Qəzzəni himayə etməsi təcavüz və blokadanın dayanmasınadək davam edəcək.
O, əlavə edib: Yəmənin Qəzzəni himayə üzrə böyük, strateji və təsirli əməliyyatının beşinci mərhələsi davam etməkdədir və Seyid Əbdülməlik Bədrəddin bu mövqeyə təkid edib.
Əlqəhum söyləyib: Bizim İsrail üzərində qələbə və onun məhvinədək döyüş və amalımız birdir. İşğalçı rejimin təcavüzlərinin davam etməsi regionda toqquşmaların genişlənməsinə bais olacaq.
Bu yüksək vəzifəli yəmənli rəsmi vurğulayıbdır ki: Amerika və İngiltərə/ Fələstinə, Qəzzəyə, Livana və regiona qarşı cinayətkarcasına və vəhşicəsinə təcavüz istiqamətində sionist düşməni himayə edirlər.
Əli Əlqəhum xəbərdarlıq edibdir ki: Qarşıdan gələn məsələ, daha böyükdür və işlərin aqibəti Allahın əli ilə həyata keçəcək.