Yəmən ordusu Hind okeanında və Qırımızı dənizdə iki əməliyyatdan xəbər verib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i415243-yəmən_ordusu_hind_okeanında_və_qırımızı_dənizdə_iki_əməliyyatdan_xəbər_verib
Yəmən ordusunun sözçüsü bu ölkənin silahlı qüvvələrinin Hind okeanında və Qırımızı dənizdə bir amerikan neft tankerinə və İsrail rejimi ilə əlaqədar olan neft tankerinə qarşı iki əməliyyatın keçirildiyini bildirib.
(last modified 2024-10-11T13:11:43+00:00 )
Okt 11, 2024 13:00 Asia/Baku
  • Yəmən ordusu Hind okeanında və Qırımızı dənizdə iki əməliyyatdan xəbər verib

Yəmən ordusunun sözçüsü bu ölkənin silahlı qüvvələrinin Hind okeanında və Qırımızı dənizdə bir amerikan neft tankerinə və İsrail rejimi ilə əlaqədar olan neft tankerinə qarşı iki əməliyyatın keçirildiyini bildirib.

Briqada generalı Yəhya Sərii dünən gecə sionist rejimə və onun hamisi olan Amerikanın maraqlarına qarşı bu iki cavab əməliyyatının keçirildiyini qeyd edib.

General Sərii deyib ki, amerikan neft tankeri  Qırımızı dənizdə Yəmənin iki PUA-sı və on bir ballistik raketinin hədəfəinə tuş gəlib.

Yəmən ordusunun sözçüsü həmçinin  bu ölkənin silahlı qüvvələrinin Hind okeanında digər bir gəmiyə qarşı ikinci əməliyyatından danışıb.

Yəhya Sərii deyibdir ki, “Olimpik Spirt” adlı amerikan gəmi Yəmən ordusunun hava qüvvələri, həmçinin PUA və raket bölməsinin birgə əməliyyatında ciddi xəsarət alıb. O, həmçinin deyibdir ki, gəmi işğal olunmuş Fələstin limanlarına gediş qadağası qanununu pozduğuna görə, hədəfə alınıb.

Yəmən silahlı qüvvələrinin sözçüsü bildiribdir ki, İsrail rejiminin Qəzzəyə qarşı hücumları və bu bölgə əleyhinə blokadasının ləğvinə, eləcə də Livana qarşı hücumların dayandırılmasınadək sözügedən rejim əleyhinə dəniz blokadası davam edəcək.