İyul 14, 2020 06:38 Asia/Baku
  • BMT baş katibi Azərbaycan və Ermənistana müraciət etdi

BMT baş katibi Antoniu Quterreş Azərbaycan-Ermənistan sərhədində döyüş hərəkətlərini təcili dayandırmağa çağırıb.

SəhərAzəri Report-a istinadla xəbər verir, bu barədə baş katibin rəsmi nümayəndəsi Stefan Dyujarrikun bəyanatında deyilir.

"Baş katib döyüş hərəkətlərini təcili dayandırmağa çağırır, həmçinin bütün cəlb edilmiş tərəflərdən vəziyyətin deeskalasiisyası üzrə təcili addımlar atmağı xahiş edir", - Dyujarrik vurğulayıb.

Onun sözlərinə görə, baş katib həmçinin tərəfləri fitnəkar ritorikadan çəkinməyə çağırıb.

Teqlər

Şərhlər