Ermənistan Müdafiə Nazirliyi orduya çağırış etdi
https://azeri.sahartv.ir/news/qafqaz-i373829-ermənistan_müdafiə_nazirliyi_orduya_çağırış_etdi
Ermənistanın Müdafiə Nazirliyi ordunu siyasi proseslərə cəlb etməmək tələbi irəli sürüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 28, 2021 04:47 Asia/Baku
  • Ermənistan Müdafiə Nazirliyi orduya çağırış etdi

Ermənistanın Müdafiə Nazirliyi ordunu siyasi proseslərə cəlb etməmək tələbi irəli sürüb.

SəhərAzəri Dəyərlər.org-yə istinadən xəbər verir ki, bu barədə nazirliyin rəsmi saytında məlumat yer alıb.

"Biz Silahlı Qüvvələr adından bəyanatlardan çəkinməyi, ordunu siyasi proseslərə cəlb etməməyi və ölkənin təhlükəsizliyini şəxsi maraqlara tabe etməməyi tələb edirik", - Müdafiə Nazirliyindən bildirib.

Bundan öncə yayılan məlumatda Ermənistan Silahlı Qüvvələrinin bütün bölmələrinin baş nazir Nikol Paşinyanın istefası tələbinə qoşulduğu qeyd edilirdi.