Ermənistan Müdafiə Nazirliyi orduya çağırış etdi
Fev 28, 2021 08:17 Asia/Baku
Ermənistanın Müdafiə Nazirliyi ordunu siyasi proseslərə cəlb etməmək tələbi irəli sürüb.
SəhərAzəri Dəyərlər.org-yə istinadən xəbər verir ki, bu barədə nazirliyin rəsmi saytında məlumat yer alıb.
"Biz Silahlı Qüvvələr adından bəyanatlardan çəkinməyi, ordunu siyasi proseslərə cəlb etməməyi və ölkənin təhlükəsizliyini şəxsi maraqlara tabe etməməyi tələb edirik", - Müdafiə Nazirliyindən bildirib.
Bundan öncə yayılan məlumatda Ermənistan Silahlı Qüvvələrinin bütün bölmələrinin baş nazir Nikol Paşinyanın istefası tələbinə qoşulduğu qeyd edilirdi.