Apr 06, 2021 14:16 Asia/Baku
  • Gürcüstanın baş naziri koronavirusa yoluxub

Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin koronavirusa yoluxduğu təsdiqlənib.

SəhərAzəri xəbər verir ki, bu barədə Gürcüstan baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Baş nazirin koronavirus testinin cavabı pozitiv çıxıb.

İ. Qaribaşvilinin özünü yaxşı hiss etdiyi, özünütəcrid rejimində fəaliyyətini distant qaydada davam etdirdiyi bildirilib.

 

Teqlər