Sen 21, 2021 11:53 Asia/Baku
  • Hökumət Zəngəzur dəhlizi məsələsində müqavimət göstərir

Rəsmi İrəvan Ankara ilə dialoqa hazırdır, lakin Zəngəzur dəhlizini "sülhə və sabitliyə zidd" hesab edir.

SəhərAzəri Turan Xəbər Agentliyinə istinadən xəbər verir: Ermənistan baş nazirinin mətbuat katibi Mane Gevorqyan Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın bəyanatınına münasibət bildirərkən deyib ki, baş nazir Milli Məclisin son iclasında hökumət üzvlərilə sual-cavab rejimi zamanı Türkiyə ilə danışıqlara başlanılması ilə bağlı öz düşüncələrini açıqlayıb və yüksək səviyyəli əlaqələrdən öncə işgüzar müzakirələrin zərurətindən danışdı.

Erməni rəsminin sözlərinə görə, bu cür effektiv iş şəraitində Ermənistan həm yüksək, həm də ali səviyyədə görüşlərə hazır olacaq.

Ərdoğanın Ermənistan ərazisindən dəhliz açmaq çağırışı ilə bağlı suala cavabında isə o deyib: “Ermənistan 9 noyabr və 11 yanvar tarixli bəyanatlarda yer alan razılaşmaların dəqiq yerinə yetirilməsinə böyük əhəmiyyət verir. Kommunikasiyaların açılması regionda uzunmüddətli sülh və sabitliyin bərqərar olması, düşmənçilik mühitinin aradan qaldırılması üçün son dərəcə vacibdir və Ermənistan bu istiqamətdə hərəkət etmək əzmindədir. Lakin bəzən dəhlizlər barədə olunan söhbətlər regionda sülhün və sabitliyin bərqərarı, düşmənçilik atmosferinin aradan qaldırılması məntiqinə ziddir. Lakin regionun qarşılıqlı əlaqəsini qabardan regional kommunikasiyaların açılması yolları da var və düşmənçiliyin tədricən aradan qaldırılmasının real yolu ola bilər. Ermənistan hökuməti bu variantı dəstəkləyir və 9 noyabr tarixli üçtərəfli bəyanatın 9-cu bəndində və 11 yanvar tarixli üçtərəfli bəyanatda məhz bu variant təsvir olunub.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 20-də İrəvanda Rusiya baş nazirinin müavini Aleksey Overçukla görüşündə deyib ki, Ermənistan 25 ildən çoxdur davam edən blokadadan çıxışı nəzərdə tutan regional kommunikasiya xətlərinin bərpasında son dərəcə maraqlıdır.

Paşinyan bir müddət əvvəl Azərbaycana Zəngəzurda dəhlizin verilməyəcəyini bildirsə də, görünür tərəflər orta variant üzərində razılığa yaxınlaşırlar. Belə ki, yaradılacaq dəhlizə nəzarət Rusiyaya tapşırılır, Ermənistan isə yalnız Azərbaycan maşınlarından gömrük rüsumu alacaqdır. Bu variant bütün tərəflər üçün məqbul sayıla bilər.

 

Teqlər