İyul 11, 2022 17:51 Asia/Baku
  • Paşinyan Ərdoğanı, Ərdoğan Paşinyanı təbrik edib

Ermənistan Baş naziri Nikol Paşinyan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Paşinyanla Ərdoğan Ermənistan və Türkiyə xüsusi nümayəndələri arasında əldə olunan razılaşmaların yaxın vaxtlarda həyata keçiriləcəyinə ümidlərini ifadə ediblər.

Ermənistan və Türkiyə liderləri iki ölkə arasında münasibətlərin normallaşması prosesinin vacibliyini vurğulayıblar. Qeyd olunub ki, bu, regionda sülh və sabitliyin möhkəmlənməsinə töhfə verəcək.

Paşinyan Ərdoğanı Qurban bayramı münasibətilə, Ərdoğan isə öz növbəsində Paşinyanı Vardavar bayramı ilə əlaqədar təbrik ediblər.

Qeyd edək ki, bu, Ərdoğanla Paşinyan arasında telefon danışığı vasitəsilə reallaşan ilk təmasdır.

Teqlər