İyun 11, 2024 13:09 Asia/Baku
  • Simonyan: Rusiya hökuməti Ermənistanı aldatdı və bizi tək qoydu

Ermənistan parlamentinin sədri Rusiyanı ittiham edib ki, bu dövlət müttəfiq elan etdiyi Ermənistanı aldatdı və onu tək qoydu.

Milli Assambleyanın sədri Alen Simonyan jurnalistlərlə keçirdiyi brifinqdə Ermənistan nümayəndə heyətinin Ukraynanın Buça şəhərinə səfəri ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinin Ermənistana etiraz notası göndərməsinə münasibət bildirərkən deyib: “Mən Rusiya XİN-in adından qeyri-dost bəyanatı şərh etmək fikrində deyiləm. Ermənistan özünü həmişə sadiq tərəfdaş kimi aparıb. Biz son ana qədər inanırdıq ki, Rusiya Ermənistanı tək qoymayacaq, ancaq onlar erməni xalqını tək qoydular”.

Simonyan sonra qeyd edib: “44 günlük müharibəyə icazə verməyə dəyərdimi, yoxsa Rusiya Federasiyası 2020-ci ildə o qədər zəif idi ki, Azərbaycan qoşunlarının içəri girib bizim əsgərlərimizi öldürməsinə icazə verməli idimi?”

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi Ermənistan səfiri Vladimir Karapetyan Ukraynanın Buça şəhərinə səfəri ilə bağlı Ermənistan Xarici İşlər Nazirliyinə etiraz məktubu göndərib. Rusiya Nazirliyi bu səfəri “rəsmi İrəvanın açıq-aşkar qeyri-dost hərəkəti” kimi qiymətləndirib.