AB Şeyx Əli Salmana qarşı həbs hökmünü pisləyib
İyun 18, 2015 10:24 Asia/Baku
-
AB Şeyx Əli Salmana qarşı həbs hökmünü pisləyib
Avropa Birliyi Bəhreynin Vifaq cəmiyyətinin baş katibi barədə çıxarılan hökmü pisləyib.
Səhər kanalının məlumatına görə, Avropa Birliyi dünən bir bəyanatda Bəhreynin Vifaq cəmiyyətinin baş katibi Şeyx Əli Salmana qarşı Bəhreyn məhkəməsində çıxarılmış hökmü pisləyib və onun yenidən nəzərdən keçirilməsini istəyib.Avropa Birliyi bu bəyanatda Bəhreyn hakimiyyətinin beynəlxalq öhdəliklərə hörmət etməsi vacibliyinə toxunaraq, deyib ki, Şeyx Əli Salmanın məhkəməsi şəffaf və ədalətli keçirilməlidir.
Avropa Birliyi habelə Bəhreynin Vifaq cəmiyyətinin baş katibinə qarşı çıxarılmış hökmü bu ölkədə milli barışıq üzrə səylərə zidd adlandırıb.
Çərşənbə axşamı günü Bəhreyn məhkəməsi Şeyx Əli Salmanı dörd il həbsə məhkum edib.