Avropa Parlamenti Bəhreyndə insan haqlarının pozulmasını pisləyib
İyul 10, 2015 10:14 Asia/Baku
-
Avropa Parlamenti Bəhreyndə insan haqlarının pozulmasını pisləyib
Avropa Parlamenti bir qətnamədə Bəhreyndə insan haqlarının pozulmasını pisləyib.
Səhər Beynəlxalq Televiziyasının Press TV-yə istinadla verdiyi məlumata görə, Avropa Parlamentinin nümayəndələri bir qətnamə təsdiqləyərək Bəhreyn hökumətindən bu ölkə vətəndaşlarını repressiya etməyi dayandırmasını və ən qısa zamanda bütün siyasi, əqidə, o cümlədən jurnalistlər və hüquq fəallarının azad edilməsini tələb edib.Avropa Parlamentinin nümayəndələri həmçinin Bəhreynə gözyaşardıcı qaz və digər repressiya vasitələrinin ixracının qadağan olunmasını istəyib.
Avropa Parlamenti Bəhreyndə insan haqlarının vəziyyətindən nigaranlıq edərək bu ölkə hökumətindən vətəndaşların hüququ, o cümlədən ifadə və sərbəst toplaşmaq azadlığına hörmətlə yanaşmasını istəyib.
Avropa Parlamentinin qətnaməsində həmçinin Bəhreyn İnsan Haqları Mərkəzinin direktoru Nəbil Rəcəbin dərhal azad edilməsi vurğulanıb.
Sosialistlər və demokratlar qrupundan Avropa Parlamentinin nümayəndəsi Cozef Videnhultzer cümə axşamı günü deyib: Nəbil Rəcəbi dəstəkləmək lazımdır ki, regionda insan haqlarının ən önəmli mübarizidir.
2015-ci ilin 10-15 aprelində Bəhreynə səfər edən Beynəlxalq İnsan Haqları Qurumları Federasiyasının heyəti öz hesabatında Bəhreyndə işgəncə, həbs və hüquq müdafiəçilərinin vətəndaşlığının ləğv olunmasını pisləyərək bildirib ki, Bəhreyndə insan haqları qurumları və şəxsiyyətlər çoxlu problemlərlə qarşı qarşıyadırlar.