Noy 04, 2015 12:02 Asia/Baku
  • Suriyanın tarixi abidələri Avropada satılır
    Suriyanın tarixi abidələri Avropada satılır

Suriya Tarixi Abidələri və Muzeyləri İdarəsinin baş direktoru bu ölkənin tarixi abidələrinin Avropada satılmasından xəbər verib.

"Suriya Əlan" internet portalının məlumatına görə, Suriya Tarixi Abidələri və Muzeyləri İdarəsinin baş direktoru Məmun Əbdulkərim deyib ki, bir livanlı tacir Suriyanın tarixi abidələri və əşyalarından bir miqdarını İngiltərənin qara bazarında satmaq üçün bu ölkəyə aparmışdı.
O, əlavə edib: Bu məsələ göstərir ki, ərəb tacirlərin Suriyanın tarixi abidələrinin Avropanın qara bazarına qaçaq edilməsində əlləri var və bu ölkənin mədəniyyət nazirliyi Avropaya, xüsusən İngiltərəyə qaçaq edilmiş tarixi əşyaların geri qaytarılması üçün xüsusi şəxslər ayırıbdır.
Suriya Tarixi Abidələri və Muzeyləri İdarəsinin baş direktoru qaçaqmalçılıq dəstələri və mafiyası üzvlərinin aşkarlanaraq, həbs olunmaları üçün İnterpol ilə koordinasiyaya işarə edərək, deyib: Oğurlanmış əşyaların izlənilməsi və onların geri qaytarılması üzrə bir komitə də Suriyanın mədəniyyət naziri tərəfindən yaradılıbdır.

Teqlər