İraq qüvvələri Mosulun qərbində qələbələr əldə ediblər
İraq ordusu və xalq səfərbər qüvvələri Mosulun qərbində Tələfər şəhərində 50-dən çox terrorçunu öldürüblər.
Əl-Aləm televiziyasının məlumatına görə, Tələfərin qərbinin azad olunması əməliyyatının 6-cı etapının davamında xalq səfərbər qüvvələri cümə axşamı günü terrorçuların ən önəmli bazası hesab olunan Mosulun cənub-qərbində əl-Qəzlani hərbi bazasını öz nəzarətinə götürüb.
İraq xalq səfərbər qüvvələri Mosulda Həmmam əl-Əlilin şimalını tam şəkildə azad ediblər.
İraqın Federal Polisi xüsusi alayının komandanı Əbu Zərğam əl-Aləm müxbirinə deyib: Mosul aeroportunun azad edilməsi əməliyyatının başlanması ilə İŞİD terrorçuları qaçmağa başlayıblar: Terrorçular bu müharibədə bomba quraşdırılmış avtomobillərdən istifadə ediblər. Lakin İraq qüvvələri Mosulun sağ ərazisini gələn bir neçə gündə azad etmək potensialına malikdirlər.
Bu arada İraqın müştərək qüvvələri xalq səfərbər qüvvələrinin köməyi ilə Mosulun qərbində Ər-Rəman bölgəsində terrorçularla toqquşub, Mosul Beynəlxalq Aeroportunu tam şəkildə azad edib və terrorçulara və onların təchizatına ağır zərbələr endiriblər.
İraqın Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri də Mosul Beynəlxalq Aeroportunda terrorçuların mövqelərini atəşə tutub və istehkamlarını məhv ediblər.
Mosulun qərb hissəsinin İŞİD-in işğalından azad edilməsi əməliyyatı ötən bazar günü İraq baş naziri Heydər əl-İbadinin fərmanı ilə başlanıb. Ötən ay Mosulun şərq hissəsi İŞİD-in işğalından azad olunub və iraqlı didərginlər öz ərazilərinə qayıtmaqdadırlar.