Apr 28, 2017 10:53 Asia/Baku
  • Suriyada onlarla terrorçu öldürülüb

Suriya ordusunun bu ölkənin cənubu və şərqində İŞİD-ə qarşı ən yeni əməliyyatlarında 60-dən çox nəfər öldürülüb və onlarla nəfər də yaralanıbdır.

Suriyanın rəsmi SANA xəbər agentliyinin məlumatına görə, Suriya ordusunun cənubda yerləşən Dəra vilayətində İŞİD terrorçuları ilə döyüşlərində 33 terrorçu öldürülüb. Suriyanın şərq məntəqələrində də bu ölkə ordusu müqavimət qüvvələrinin köməyilə mühasirədə olan Diyrəlzur şəhərində yerləşən "Əlməqabir" və "Əlfuc-137" məntəqələrində azı otuz terrorçunu məhv edə bilibdir.

Bu məlumata görə, həmin əməliyyatda terrorçuların bir neçə tankı və hərbi təchizatı da məhv edilibdir.

Diyrəlzur şəhərinin müəyyən bölmələri hazırda İŞİD terrorçularının mühasirəsindədir.

Digər tərəfdən, Suriya ordusu Hums vilayətində yerləşən Tədmur şəhərinin şimalı və şərqinə doğru irəliləyişlərinin davamında bu şəhərin şimalındakı "Şair" qaz yatağını terror qruplarının işğalından azad edibdir.

Tarixi Tədmur və ya Palmira şəhəri son aylar bir neçə dəfə terror qrupları ilə suriyalı qüvvələrin əlinə keçibdir.

Teqlər